"Neftçi"dən qovulan futbolçu divizion klubunda

Oxunma: 870 TARIX /

Mövsümün gedişində “Neftçi”dən qovulan rumıniyalı Katalin Tira 3 aydır ki, klub axtarışındadır. 22 yaşlı hücumçuya yaxın duran komanda yoxdur.

İdmanxeber.com-un məlumatına görə, Tira hazırda ölkəsinin II Liqasında çıxış edən “Dunarea Kalaraşi” klubunda baxışdadır. Klubun çalışdırcısı Adrian Mialça Tirayla bağlı yekun qərar vermədiyini bildirib.

Qeyd edək ki, “Dunarea Kalaraşi” Rumıniya II Liqasının turnir cədvəlində 19 turdan sonra 23 xalla 18 klub arasında 12-cidir.

Xatrıladaq ki, yayda “Neftçi”yə transfer olan Tira Premyer Liqanın 9-cu turunda "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam vermişdi.