"Neftçi"dən yeni transfer

Oxunma: 992 TARIX /

Qış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və bunun nəticəsi kimi heyətini yeniləyən "Neftçi" sonuncu transferinə hazırlaşır.

Bu, Nemanya Kojiçdi. "Neftçi" rəhbərliyi hazırda 26 yaşlı hücumçu ilə danışıqları davam etdirir. Razılıq əldə olunacağı halda, tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.

Qeyd edək ki, Kojiçin son iş yeri Türkiyənin "Qaziantep BB" klubu olub. O, qardaş ölkə klubu ilə meydana çıxdığı 45 qarşılaşmada 12 qol vurub. Bundan başqa serbiyalı forvard ölkəsində "Rad" və "Partizan" klublarının şərəfini qoruyub.