Ansi Aqolli: "Neftçi" hər zaman "Neftçi"dir"

Oxunma: 648 TARIX /

Premyer Liqanın XV turunda “Qarabağ” yanvarın 29-u saat 17:30-da “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin futbolçusu Ansi Aqolli qarşılaşmada haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Qış fasiləsindən sonra çempionatın ilk oyunudur. Bu baxımdan fərqli qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşmışıq, bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq. “Neftçi” hər zaman “Neftçi”dir, heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.