"Kəpəz" məşqlərə start verdi

Oxunma: 302 TARIX /

Azərbaycan Premyer Liqasının XVI turunda Gəncədə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matç üçün məşqlərə başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, “İnter” ilə görüşdən sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda dünən istirahət edib.

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edəcək. Hazırlıq prosesi saat 11:00-da başlayacaq. Gəncə klubu fevralın 1-i və 2-si tarixlərində də eyni məkanda və eyni saatda məşqə çıxacaq.