Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” matçı ilə bağlı bəzi qərarlar qərarlar qəbul edib.

Oyunun 20-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub .

Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9  oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğin “Neftçi” tərəfindən ödənilməsi barədə qərar verilib.