Çingiz Abdullayev "Neftçi"dən getdi

Oxunma: 1209 TARIX /

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev postundan gedib.

İdmanxeber.com-un məlumatına görə, xalq yazıçısı klubu kurasiyasında saxlayan AFFA məmurlarıyla bir sıra məsələlərdə həmfikir olmadığına görə “ağ-qaralar”la vidalaşıb.

Klubun büdcəsi artırılandan, bu qış transferlərə kifayət qədər ciddi məbləğlər xərclənəndən sonra  “yuxarılar” Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün qarşısına avrokuboklara vəsiqə tələbi qoyub. Şübhəsiz, Bakı təmsilçisinin meydanda oynadığı futbolla hamilərinin üzünü ağ edəcəyinə kimsə təminat verə bilməz. Bu səbəbdən pərdəarxası oyunlar da qaçılmazdı. Özünəməxsus fikirləriylə, AFFA məmurlarının kefini pozan açıqlamalarıyla ara-sıra gündəmə gələn Çingiz bəyi əsas maneə sayanları anlamaq çətin deyil.  MŞ sədrinin uzun müddətdi görünməməsi, yenilənmiş heyət və hədəflərlə bağlı heç nə deməməsi də göz qabağındadı. Bəli, futbolun iyrəncliklərini son vaxtlar görən Abdullayev xoşagəlməz gedişlərə susaraq baxmaq istəməyib.(Fanat.az)