"İnter"lə matç öncəsi "Neftçi"də ciddi itkilər

Oxunma: 422 TARIX /

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək "İnter" - "Neftçi" matçına "ağ-qaralar" ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda Ruslan Abışov və Cavid İmamverdiyevin xidmətindən istifadə edə bilməyəcək. Ruslan sarı vərəqə limitini doldurduğu üçün sabiq komandasına qarşı oynaya bilməyəcək.

"Qəbələ" ilə matçda zədələn Cavid İmamverdiyev də bu səbəbdən "İnter"lə oyunamayacaq. Cavid İmamverdiyevin təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, "İnter" - "Neftçi" matçı fevralın 9-da baş tutacaq.