"Neftçi"nin sabiq futbolçusu gəmidə ölü tapıldı

Oxunma: 977 TARIX /

Bakıda təmirə dayanmış gəminin kapitanının meyiti tapılıb.

İdmanxeber.com-un məlumatına görə, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib.

Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Həsənov Azərbaycanın ilk milli çempionatlarında Yevlaxın "Avtomobilçi” klubunun baş məşqçisi olub. O, klub dağıldıqdan sonra futboldan uzaqlaşıb və gəmidə çalışmağa üstünlük verib. Ötən əsrin 80-ci illərində respublikanın bir sıra komandalarında futbolçu kimi də çıxış edən Həsənov "Neftçi”nin heyətində SSRİ çempionatının güclülər dəstəsində də oynayıb.(lent.az)