Dani Kintana İspaniyaya gedir

Oxunma: 1094 TARIX /

Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın çarpaz bağlarının qırıldığı və futbolçu üçün mövsümün başa çatdığı barədə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçu yaxın günlərdə müalicəyə başlayacaq. Kintana bunun üçün Azərbaycanı tərk edəcək. 29 yaşlı futbolçu bu gün vətəni İspaniyaya  yollanacaq və orada əməliyyat olunacaq.