Keyta "Qarabağ"a gəlir

Oxunma: 3440 TARIX /

"Qarabağ" Polşanın "Lex" klubunda forma geyinən Məhəmməd Keytanı transfer edə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Polşanın "Metro" nəşri məlumat yayıb. Məlumata görə, 26 yaşlı hücumçu ABŞ-ın "Minnesota" klubuna keçməkdən imtina edib.

Hücumçu bu barədə verdiyi  açıqlamada Ağdam klubu ilə müqavilə şərtlərini razılaşdırdığını bildirib.

Qeyd edək ki, Keyta Norveçin U-18, U-21, U-23 millilərində forma geyinib.

Xatırladaq ki, karyerasına 2008-ci ildə "Stromqodset"də başlayan futbolçu 2014-cü ildə "Lex"ə transfer olub. O, 2015-ci ildə icarə əsasında "Stabek"də çıxış edib. Daha sonra icarə əsasında "Stromqodset"də çıxış edən futbolçu yenidən "Stabek"ə qayıdıb. O, ötən il dekabrın 31-i icardən yenidən "Lex"ə geri dönüb. Klub karyerası ərzində 209 oyun keçirən futbolçu 46 dəfə fərqlənməyi bacarıb.