"Kəpəz" - "Qarabağ" oyununun başlama saatı dəyişdirildi

Oxunma: 710 TARIX /

Premyer Liqanın 17-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun başlama saatında dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, fevralın 12-i  keçiriləcək matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 13:30-da deyil, 14:30-da başlayacaq.

Qeyd edək ki, görüş Gəncə şəhər stadionunda keçiriləcək.