"Neftçi" 500-ə çatdı

Oxunma: 504 TARIX /

Azərbaycan Premyer Liqasının XVII turunun “İnter”lə səfər qarşılaşması “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də “Neftçi”nin 1000-i yarılamasında pay sahibi olub.

1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olub. “Ağ-qaralar”ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdir. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadır.