Almeyda qayıdır

Oxunma: 623 TARIX /

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqanın 18-ci turunun “Kəpəz”ə qarşı oyununda iştirak edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin 4 oyunluq cəzası başa çatıb. Baş məşqçi Qurban Qurbanovun şans verəcəyi halda, o, komandasına Gəncə səfərində kömək edə biləcək.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" görüşü fevralın 12-si, saat 14:30-da start götürəcək.