Seqoviya: "Aqressiv olub, qələbə qazanmaq lazımdı"

Oxunma: 513 TARIX /

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt”ı qəbul edəcək “Neftçi”nin hücumçusu Daniel Seqoviya klubun saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı hücumçu “İnter” üzərində qələbədən sonra komandada özünəinam yarandığını deyib:

“İnter” üzərində qələbədən sonra komandada özünəinam yaranıb. Sabahkı oyunda bunun bizə çox köməyi dəyəcək. Əvvəlki oyuna hazırlaşdığımız kimi bu görüşə də yaxşı hazırlaşmışıq. Aqressiv olub, qələbə qazanmaq lazımdı. Azarkeşlər nəticədən asılı olmayaraq, sonadək vuruşan komandanı dəstəkləməlidilər. Biz də çalışacağıq ki, 100 faiz yox, 200 faiz gücümüzü qoyub, azarkeşlərimizin bizə olan inamını daha da artıraq”.

Qeyd edək ki, “Neftçi” - “Sumqayıt” oyunu fevralın 13-də, saat 17:30-da başlayacaq.