"Neftçi"də ciddi itki: matçı yarımçıq tərk etdi

Oxunma: 620 TARIX /

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" "Neftçi"ni qəbul edir.

İdmanxeber.com-un məlumatına görə, hal-hazırda davam edən matçda "Neftçi" ciddi itiki ilə üzləşib. Belə ki, görüşün 19-cu dəqiqəsində "Qarabağ"ın futbolçusu Mahir Mədətovla toqquşaraq zədələnən Kirilo Petrov görüşü davam etdirə bilməyib. O, matçın 25-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edib. Onun yerinə meydana Jairo Rodriges daxil olub.

Qeyd edək ki, hal-hazırda davam edən matçda hesab açılmayıb.