Şahin Diniyev: “Mütləq qələbə qazanmalıyıq”

Oxunma: 311 TARIX /

“Kəpəz” Topaz Premyer Liqasının XXV turunda “Neftçi” ilə keçiriləcək oyunun hazırlığını tamamlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən son məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev tarixi derbi ilə bağlı fikirlərini klu saytı ilə bölüşüb: “Rəqibimiz ilə turnir cədvəlində qonşu pillədəyik. Aramızda böyük olmayan xal fərqi var. Bunu aradan götürmək üçün Gəncədə mütləq qələbə qazanmalıyıq. Bunun üçün də meydanda çox çalışmaq lazımdır. Odur ki, sabah gərgin oyun olacaq. “Neftçi” ilk iki dövrəyə nisbətən indi daha güclüdür, yaxşı oyunçuları var. Azarkeşlər maraqlı görüşə tamaşa edəcəklər. Ümumiyyətlə, ölkənin iki ən köklü klubu qarşılaşır və bu oyunlar derbi sayılır. Bizim futbolçular bunu yaxşı başa düşürlər. Komandalar həmişə bir-birinə qarşı prinsipial rəqib olub, aralarında güzəştsiz mübarizə gedib. Sabah da yəqin belə olacaq”.