Şahin Diniyev: "Taleyimiz öz əlimizdə deyil"

Oxunma: 262 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Kəpəz" doğma meydanda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç ilə bağlı bunları deyib: “Bu gün həm bizim, həm də “Neftçi” üçün son şanslardan biri idi. Belə deyək, əgər saman çöpündən yapışmaq kimi imkanımız varsa, ondan da tutmalıyıq. Taleyimiz öz əlimizdə deyil, bilmirik sonu necə olacaq. “Neftçi” ilə oyunda qələbə qazanmaq vacib idi. Rəqibin hər xəttdə güclü oyunçusu var. Onlara kollektivə uyğunlaşmaq üçün bir qədər vaxt lazımdır. Birinci hissədə rəqibi təzyiq altında saxlayıb tez qol vurmaq istəyirdik. Buna nail olduq. İkinci hissədə isə müdafiədən oyunu qurmuşduq, sürətli əks-hücumlara bel bağlayırdıq.  Belə hücumlar alındı, amma qol vura bilmədik. Uşaqlar meydanda canlarını qoydular, xarakter göstərdilər. Amma bununla kifayətlənmək olmaz”.