Cari mövsüm Azərbaycan birinci divizionunun ilk dövrəsində uğurlu çıxış edən "Zaqatala" qış fasiləsindən sonra inamlı çıxışını ilk dövrədəki kimi davam etdirə bimədi. Mövsümün birinci dövrəsində keçirdiyi 13 matçda 3 məğlubiyyət, 1 hec-heçə və 9 qələbə qazanan komandanın işləri ikinci dövrədə yaxşı getmir. Komanda ikinci dövrədə keçirdiyi 11 oyunda 3 məlubiyyət, 3 heç-heçə, 5 qələbə qazanıb və 6-cı pillədə qərarlaşıb. Azarkeşlər bu uğursuzluğun sırf baş məşqçi Şaban Şirdanovla əlaqəli olduğunu desələr də, əslində, vəziyyət tamam başqadır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, komandanın daxilində qruplaşma yaranıb. Belə ki, hazırda minimum 400, maksimum 1200 manat maaş alan "Zaqatala" futbolçuları Premyer Liqaya yüksəlmək istəmir. Çünki komandanın PL-ə yüksələcəyi təqdirdə, heyətdə dəyişikliklər olacaq. Bu da bir çox futbolçunun komandadan göndəriləcəyi anlamına gəlir. Futbolçuları da hazırkı maaş qane etdiyi üçün komandadan getmək istəmirlər və divizionda qalmaq niyyətindədir. Əldə etdiyimiz məlumata görə, bu qruplaşmadan baş məşqçi Şaban Şirdanovun da xəbəri var. Lakin o da bununla bağlı heç bir futbolçunu cəzalandırmayıb.

Qeyd edək ki, 24 turdan sonra aktivində 46 xalı olan "Zaqatala" 6-cı pillədə qərarlaşıb. Bir müddət öncə yayılan məlumata görə komanda yeni mövsümdən PL-də çıxış edəcəkdi.