Birinci Divizionun 24-cü turunda "Zaqatala" doğma meydanda "Səbail"lə 1:1 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında mart ayının ən gözəl qolunun müəllifi Orxan Qurbanlı jurnalistlərin suallarını cavablandırıb.

-  Meydanda ciddi mübarizə getdi. Bir hissədə biz, digərində isə rəqib yaxşı çıxış etdi. Qolumun qalib olmasına gəlincə, üzərimdə həmişə çalışırdım.

-    Vurduğun qolun qalib olacağını gözləyirdin?

-    Raul Yaqubzadənin qolunu daha gözəl hesab edirəm. Hamının seçiminə hörmətlə yanaşıram və vurduğum qola səs verənlərə təşəkkür edirəm. Premyer Liqada belə bir nominasiya yoxdu. PFL rəhbərliyinə təşəkkür edirəm ki, bizi bu cür həvəsləndirməyə çalışırlar.

-    Özünü Premyer Liqada oynamağa hazır sayırsanmı?

-    Premyer Liqa təcrübəm azdı. “Neftçi”də oynadığım vaxtlarda çox az oynayırdım. Amma Premyer Liqada oynaya bilərəm.