reklam

"Qarabağ"ın ilk ulduzu

TARIX /

Son 4 ildə Azərbaycan çempionu olan “Qarabağ” ilk ulduzuna qovuşub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun feysbuk səhifəsində yer alan fotoda “Qarabağ”ın loqosunun üzərində ilk ulduz işarəsi yer alıb.

Qeyd edək ki, bir çox ölkələrdə hər 5, bəzilərində isə 10 çempionluğa görə komandanın loqosunda 1 ulduz işarə qeyd olunur.

Ağdam təmsilçisi isə cari mövsüm ardıcıl dördüncü dəfə qızıl medallara yiyələnməklə, ümumi çempionluq sayını 5-ə çatdırıb.