I Divizionda mövsümə yekun vuruldu

Oxunma: 503 TARIX /

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən son oyunların nəticələrinə əsasən  I Divizionda bütün mükafatçılar müəyyənləşdi. “Turan Tovuz” yarışın qızıl medallarına sahib çıxdığı halda, “Səbail” gümüş mükafata yiyələnib. Bürünc medal uğrunda gedən gərgin mübarizədən isə “Ağsu” qalib ayrılıb.

Bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.

“Şəmkir” 0-0 “Ağsu”

MOİK 6-1 “Göyəzən”

(Bilal Abbaszadə, 7, 37; Orxan Həsənov, 11 (p.); Emin Quliyev, 29; Cavidan Şükürov, 81; Qərib İbrahimov, 85 // Orxan İsmayılov, 51 (p.))

“Bakılı” 1-7 “Səbail”

(Elvin Hacızadə, 53 // Bayram Budaqov, 15; Saşa Yunisoğlu, 40; Ramazan Abbasov, 45 (p.); Orxan Səfiyaroğlu, 59, 71, 80; Orxan Qurbanlı, 69)

“Mil-Muğan” 8-1 “Energetik”

(Viqar Əlibabayev, 6; Raul Yaqubzadə, 16, 27, 66; Bayram Əliyev, 37, 46; Elxan Məmmədov, 40; Elsevər Bəkirzadə, 86 // Rural Məmmədzadə, 89 )

“Turan Tovuz” 2-1 “Qaradağ Lökbatan”

(Rəhman Musayev, 65 (p.), 70 // Rüfət Məmmədov, 78)