"Qarabağ"ın əvəzediciləri də çempion oldu

Oxunma: 536 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümün son - XXVIII turunun oyunları keçirildi. 

İdmanxeber.com-un məlumatına görə, "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olub. İlk hissəni 0:1 hesabıyla məğlub tamamlayan komanda ikinci hissədə əzmkarlıq göstərərək Salman Cəfərov və Elşən Abdullayevin qollarıyla 2:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın əvəzedici heyəti bu qələbəylə xallarının sayını 56-ya yüksəldərək 2016/17-ci illər mövsümünün çempionu olub.