reklam
Messi "Barselona"nın təklifini rədd etdi

Messi "Barselona"nın təklifini rədd etdi

TARIX /

Lionel Messi "Barselona"nın ona təklif etdiyi yeni müqaviləni rədd edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "AS" qəzeti məlumat yayıb.

Argentinalı hücumçu ilinə 35 milyon avro qazanacağı təklifi müsbət cavablandırmayıb. Məhz buna görə də, Kataloniya klubu yeni müqavilə üzərində işləyir.

Məlumatda bildirilir ki, yeni şərtlər əsasında Messi "Barsa"da qalacaq və onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatır.