reklam
"Kəpəz" 7 futbolçusu ilə müqaviləni yenilədi

Premyer Liqanın növbəti mövsümü üçün transfer çalışmalarına başlayan “Kəpəz” 7 futbolçusu ilə müqaviləni yeniləyib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bunlar  qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevdir.

Futbolçuların hər biri ilə bir illik müqavilə imzalanıb.