Qara Qarayev Avropa klublarına getməyəcək!

Oxunma: 1447 TARIX /

“Qarabağ”da Qara Qarayevin taleyinə aydınlıq gəlib. Yeniçağ.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Ağdam klubunda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı artıq tərəflər arasında razılaşma da olub. Qarşıdakı günlərdə klub rəhbərliyi Qarayevin başa çatan müqaviləsinin müddətini daha 2 il artıracaq.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ”ın yetirməsidir.

Yeniçağ.az