reklam

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" futbolçusu Qara Qarayevlə  müqaviləni yeniləyib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, millimizin üzvü  daha iki il Ağdam təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi bu mövsüm “atlılar”ın heyəində 30 oyun keçirib.