reklam
"Daha iki il "Qarabağ"ın bir parçası olmaq qürurvericidir" - <strong><font color=#ff0000>Qara Qarayev</font></strong>

"Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev klubun saytına açıqlamasında deyib.

“Qarabağ”la yeni 2 illik müqavilə imzalayan millimizin üzvü bundan sonra da komandası üçün əlindən gələni edəcəyini bildirib: “Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".