"Qəbələ" legioneri ilə yolları ayırdı

Oxunma: 861 TARIX /

"Qəbələ" klubu futbolçusu Sergey Zenyovla yolları ayırıb.

Bu barədə Qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. O, bildirib ki, müqaviləsi başa estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.

Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ"yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.

Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ  yekun qərar verilməyib.