Tərlan Əhmədov "Şüvəlan"dan ayrıldı

Oxunma: 487 TARIX /

İlk öncə fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayan, daha sonra adı dəyişririlərək "Şüvəlan" edilən AZAL-da baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıbş

İdmanxeber.com-un məlumatına görə, buna 46 yaşlı mütəxəssisin I Divizionda oynayacaq "Şüvəlan"da işləmək istəməməsi səbəb olub.

Rəhbərlik aşağı liqada çalışmaq istəməyən mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Tərlan Əhmədov 2014-cü ildən AZAL-ı çalışdırırdı.