reklam
Başa çatmış mövsümün son akkordları (YAZI)

Sona çatmış mövsümü vərəqləyərkən...

Nəhayət ki, bol hadisələrlə zəngin futbol ili geridə qaldı. Bildiyimiz kimi, bu ilki futbol mövsümü bir sıra beynəlxalq əhəmiyyətli hadisələrlə yadda qaldı. İngiltərənin adlı sanlı klubu "Mançester Yunayted "tarixində ilk dəfə Avroliqa kubokunu başı üzərinə qaldırdı. "Arsenal" klubu uzun illərdən sonra ilk dəfə Çempionlar Liqasından kənarda qaldı. Möhtəşəm oyun sərgiləyərək Çempionlar Liqasının finalına çıxan "Real" və "Yuventus" ölkə çempionu oldular. Özü də maraqlısı odur ki, hər ikisi 33-cü dəfə (!)  bu uğura imza atdılar.

Bu il İtaliya məşqçilərinin benefis ili kimi də yadda qaldı. Konte "Çelsi"ni, Ançelotti "Bavariya"nı, Alleqri "Yuve"ni, Karrera "Spartak"ı çempionluq kürsüsünə daşıdı. Hətta əfsanəvi Zidanın da, öz taktiki və texniki biliklərinin İtaliya futbol məktəbindən götürdüyü şübhəsizdir. Ançelotti  isə yeganə məşqçidir ki, beş müxtəlif milli ölkə çempionatında trofey əldə etmişdir.

Bir çox faktlar sadalamaq olar. Amma, məncə futbol azarkeşləri üçün  üzücü və yaddaqalan hadisə- mövsümün bitməsi ilə  alman, ispan və italyan oyunçularınfutbol karyeralarını sona çatdırması oldu.Bəs kimdir onlar? Bəli, düz tapdınız- etibarlı  Filip Lam, estetik Xavi Alonso və əfsanəvi Françesko Totti.Bəli, məhz bu üç möhtəşəm oyunçu futbol aləmini tərk edib, butsilərini asılqana keçirdilər.

Bir dəfə Dünya çempionu, iki dəfə isə Avropa çempionu,  olan Xavi Alonso bütün nailiyyətləri ilə yanaşı, yəqin ki, daha çoxyaddaşlarda "Real Sosyedad"ın heytəində rus Karpin və türk Nihat Kahveçi ilə birlikdə yaradtıqları möhtəşəm trio ilə yadda qaldı.

Filip Lamın da uğurları kifayət qədərdir - Dünya çempionatında 2 bürünc və  qızıl medal və dəfələrlə Almaniya çempionluğu. O, bir müdafiəçi üçün normadan olduqca aşağı boya malik olsa da,  həmişə yüksək texnikası, sürəti, və dəqiq mövqe seçimi ilə bu çatışmamazlığını ört basdır etməyi bacarıb.

“Canavarların” və “əbədi şəhərin” qladiatoru Françesko Totti haqqında isə, sadəcə bir oturuma kitab da yazmaq olar. Eləcə bir fakt: O "Roma" klubunda karyerasına başlayanda Kriştiano Ronaldonin 7, Leonel Messinin 4 yaşı var imiş. Onun kluba sədaqəti isə dünya futbol tarixinə düşəcək bir hadisə oldu. Dünya futbol nəhənglərinin, "Barselona", "Real", "Yuventus"un şirnikləndirici  təkliflərinə üz çevirən Françeskonun romalılar üçün nə demək olduğunu başa düşmək üçün onun "Genuya" klubu ilə keçirdiyi sonuncu çempionat matçına baxmaq kifayətdir.

Bəli kumirlər gedir və yerini, Reşford, Mbappe, Dibala kimi yeni ulduzlar, gənc istedadlar tutur.

Nə isə, mövsüm yekunlaşdı  və il boyu ağır rəqabətə, ağlasığmaz məşq tempinə dözən futbolçuların, məşqçilərin də istirahət etmək, dincəlmək hüqüqü var. Elə biz azarkeşlərin də...

Vüsal Bağırlı