Son Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, səpələnmişlər səbətində yer alacaq komandamızın başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Ağdam klubu səpələnməmişlər sırasında qərarlaşan 12 komanda və ya 4 cütlükdən biri ilə görüşəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya) – 3,650

“Vikinqur” (Farer adaları) – 2,950

“Hibernians” (Malta) – 2,800

“Santa-Koloma” (Andorra) – 2,733

Səpələnməmişlər

“Alaskert” (Ermənistan) – 2,525

“La Fiorita” (San-Marino) – 1,566

“Europa” (Cəbəllütariq) – 1,500

“İnfonet” (Estoniya) – 1,300

“Trepça” (Kosova) – 1,000

II təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) – 42,785

“Zalsburq” (Avstriya) – 40,570

“Kopenhagen” (Danimarka) – 37,800

“Lüdoqorets” (Bolqarıstan) – 34,175

BATE (Belarus) – 29,475

“Legiya” (Polşa) – 28,450

APOEL (Kipr) – 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Partizan” (Serbiya) – 16,075

“Riyeka” (Xorvatiya) – 15,550

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

“Hafnarfyordur” (İslandiya) – 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) – 5,850

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Vardar” (Makedoniya) – 5,125

“Dudelanj” (Lüksemburq) – 4,975

“Kukesi” (Albaniya) – 4,550

“Zrinski” (Bosniya və Herseqovina) – 4,050

“Buduçnost” (Monteneqro) – 3,300

“Honved” (Macarıstan) – 2,900

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

I təsnifat mərhələsinin 5 qalibi