reklam
"İnter"lə oyundakı şoku yenidən yaşayıram" - <strong><font color=#ff0000>Qara Qarayev</font></strong>

"Layiq olmadığımı məğlubiyyəti aldıq. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçu Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya məğlubiyyətdən (0:1) sonra söyləyib.

Yarımmüdəfiəçi məğlubiyyəti şərh edərkən, rəqibin üstün oynamadığı halda qələbə qazanmasını belə şərh edib:

“Hər şey qaydasında gedirdi. Sadəcə, qol vura  bilmədik. Necə oldu ki, qol buraxdıq. Mənə heç nə aydın olmadı. Vurmsaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şansızlıqla yaşadıq. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar həta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi".