reklam
"Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik" - Svanadze

"Bu oyun Avropa Liqası matçları ərəfəsində vacib bir məşq idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze “Vitorul”la yoxlama oyunundan (2:1) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis futbolçularından hərtərəfli razı qaldığını bildirib: “Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər”.

Z.Svanadze sonda Bolu toplanışını dəyərləndirib: “Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik .Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".