reklam
Avropa Liqası:</font></strong> "İnter" və "Zirə"nin oyunlarına necə baxaq?

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində ilk görüşləri çərçivəsində iki təmsilçimiz - "Zirə" və "İnter" ilk oyunlarına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, hər iki klubumuzun avrokubok matçı canlı yayımlanacaq.

Belə ki, “Zirə” - “Differdanj” (Lüksemburq) və  “Mladost” (Serbiya) - “İnter” görüşləri CBC Sport kanalının canlı yayımında olacaq.

Avropa Liqası I təsnifat mərhələsi,

ilk oyunlar 

29 iyun

21:00. “Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq)

22:30. “Mladost” (Serbiya) - “İnter” (Azərbaycan)