Ronaldonun bu şəkili "instagram"da rekord qırır

Oxunma: 1056 TARIX /

“Real” klubunun və futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu özünün Instagram səhifəsində yeni doğulmuş körpələri ilə ilk şəklini yerləşdirib. Şəkil dərc olunandan sonra 12 saat ərzində bu sosial şəbəkənin bütün tarixi ərzində laykların sayına görə üçüncü yeri tutub.

K.Ronaldu şəklin altında bu sözləri yazıb: “Həyatımın iki yeni məhəbbətini qucağıma aldığım üçün xoşbəxtəm”.

Surroqat ana iyunun 8-də Ronaldu üçün əkiz övlad dünyaya gətirib. Uşaqlar ABŞ-da anadan olub. Onlara Yeva və Mateu adları verilib. Bu hadisə ilə əlaqədar futbolçu Konfederasiyalar Kubokunda üçüncü yer uğrunda Meksikaya ilə görüşdə iştirak etməyəcək.

Əkizlərlə birlikdə çəkilmiş şəkil dərc olunandan sonra cəmi 15 saat ərzində 6,3 milyondan çox layk toplayıb. Instagramın ən populyar şəkli isə hamilə olduğunu elan edən müğənni Beyonsenin (11 milyondan çox layk) şəklidir. İkinci yeri digər ifaçının – Selena Qomesin şəkli tutur.