reklam
Jeff Ştrasser: "Bu barədə UEFA qərar verməlidi"

Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İnter”  “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Fola”nın baş məşqçisi Jeff Ştrasser jurnalistlərin suallarını cavblandırıb:

- Hesab edirəm ki, heç-heçə ədalətli nəticə olardı. Əgər qol vura bilsəydik daha yaxşı olardı. Ancaq nə etmək olar, belə alındı...

- Oyunun sonlarında Denis Silva ilə aranızda mübahisə yaşandı və topu kənara atdınız. Baş məşqçi

- Bu barədə UEFA qərar verməlidi.

- 1:0 hesablı məğlubiyyətdən sonra komandanızın şanslarını necə dəyərləndirərdiniz?

- Əgər komanda ilk oyunda 1:0 hesabı ilə qalib gəlibsə, deməli, onun şansı daha yüksəkdi. Amma bizim də şanslarımız var. Cavab görüşündə daha yaxşı oynamağa çalışacağıq.

- Ölkə çempionatında 3-cü yeri tutmağınıza baxmayaraq, “Zirə”nin məğlub etdiyi “Differdanj”dan daha yaxşı təsir bağışladı sizin komandanız...

- İlk dəfə idi ki, “Differdanj” çempionatı bizdən öndə bitirdi. Bizdə çempionatın sistemi fərqlidir, həm də 14 komanda çıxış edir. Biz ölkə çempionatında “Differdanj”a məğlub olmuşduq.

- “İnter”dən gözlədiyiniz oyunu gördünüzmü?

- Əlbəttə. Onların oyunlarını izləmişdik və bilirdik ki, belə oyun nümayiş etdirəcək. Növbəti oyunda daha yaxşı hazırlaşıb, səhvlərimizi düzəltməliyik və qalib gəlməliyik.