reklam
"Pis heç nə baş vermədi" - Qriqorçuk

"Pis heç nə baş vermədi" - Qriqorçuk

TARIX /

"Pis heç nə baş vermədi. Təccüblü heç nə olmadı. Çünki başa düşürdük ki, heç nə asan olmayacaq. Rəqib güclüdü. Rəqibin yaxşı oyun tərzi var və bilirdik ki, onların üstünlüyü olacaq. Bizim üçün oyunu ilk dəqiqələrdən öz əlimizə almaq yaxşı olardı. Bu alınmadı, əksinə çox epizodlar itirdik. Oyunun əvvəllərində daha yaxşı oynamalıydıq."

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" - "yagelloniya" ilə qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Matçdan sonra "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:


- Komanda bu gün niyə inamsız təsir bağışladı?

- Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Bunu başa düşürdük və ona görə də heç də təəccüblü şey baş vermədi. Biz istəyirdik ki, qalib gələk. Oyunu əlimizə almalıydıq. Lazımsız itkilər oldu. Bunlar oyuna təsir etdi.


- Komanda niyə Avropa klublarına qarşı fiziki cəhətdən çatdırmır?

- Mən razı deyiləm ki, fiziki cəhətdən bacarmırıq. Çətin oyunlar olur. Fiziki cəhət bizim yaxşı tərəfimizdi, nəyinki pis.


- Cavab oyunu necə olacaq? Yeni planınız varmı?

- Biz bilmirik nə olacaq. Ümid edirik ki, yaxşı olacaq. Bizim əsas məqsədimiz sakit olmaqdı. Biz təssüflənməməliyik. Növbəti oyuna hazırlaşmalıyıq. Hesab müxtəlif ola bilərdi. Bu heç-heçə haqlıdı. İnanıram ki, biz növbəti oyun daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var.


- Müdafiənin sol cinahına Ürfanın əvəzinə namizəd varmı?

- Razılaşa bilmərəm. Bir neçə epizod oldu ki, analizə ehtıyacı var. Hansısa futbolçuda dayanmaq istəmirəm. Bu gün heyətdə hazır futbolçular var idi. Düşünürəm ki, əvəzlənmələrdə yaxşı idi. Növbəti matçda da ən yaxşılar meydana çıxacaq. Bu futbolçular kimlər olacaq? Demək çətindi. Yeni futbolçuların gəlməsini istisna etmirəm.