reklam
"Çox çətin oyun oldu" - "Yagelloniya"nın baş məşqçisi

"Çox çətin oyun oldu. Oyunun sonlarında qalib gələ bilərdik. Bizim oyunçuları bütün güclrini ortaya qoydular. Polşadaki oyun çox çətin olacaq. Demişdim ki, bugünki qarşılaşma nəticəni həll etməyəcək"

Bu sözləri "Yagelloniya"nın baş məşqçisi İrenuş Mamrot deyib. Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" - "yagelloniya" ilə qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Matçdan sonra "Yagelloniya"nın çalışdırıcısı İrenuş Mamrot jurnalistlərin suallarını cavablandırıb:


- Növbəti oyun üçün şansları necə dəyərləndirirsiz?

- Öncədən demək çətindi. Yenə də şanslar bərabərdi. "Qəbələ" hücumda yaxşı oyun göstərir. Düzdü, qol vurduq, amma həm də qol buraxdıq.


- Hakimliklə bağlı nə deyə bilərdiz?

- Hakimləri qiymətləndirmık istəmirəm, işim buna aid deyil. İki epizodu maraqla izləyəcəm. İlk hissədə olan epizodda panalti var idi. Ondan başqa da, qayda pozntusu vaer idi. Bu barədə hər iki tərəf öz fikirlərini bildirə bilər. Hakimlər üçün də çətin oyun oldu.