reklam
Bölgə klubu I Divizionda çıxış etmək üçün PFL-ə müraciət göndərib

Yeni mövsümdən etibarən I Divizionda  daha bir yeni klub təmsil oluna bilər. Bu barədə  Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib. İdmanxeber.com-un məlumatına görə, qarşıdakı mövsümdən etibarən Göyçayın "Aznar" kollektivi aşağı dəstədə çıxış etmək üçün PFL-ə müraciət ünvanlayıb. Ancaq hələki həvəskar kluba müsbət cavab verilməyib.
Qeyd edək ki, yeni mövsümdən etibarən I divizionda 12 komanda çıxış edəcək.