reklam
Cavid Hüseynov: "Əvvəlki hislər yenə qayıtmışdı" - MÜSAHİBƏ

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Yaqelloniya" klubunu qəbul edib.

 

İdmanxeber.com-un məlumatına görə, 1 - 1 hesablı bərabərliklə başa çatan matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

 

 

- İlk oyunumuz idi. Komandaya yeni gələn futbolçular var. Adaptasiya problemi var. Xəttlər arasında əlaqə zəif idi. Bundan da başqa ikinci hissədə çox top itkilərinə yol verdik. Belə komandalarla oyunda top itirmək olmaz. Əks hücumda yaxşı oynayırlar. Onların da qol vəziyyətləri çox oldu. Çünki bizim başımız ikinci qolu vurmağa qarışmışdı. Belə olan halda da boşluqlar buraxırdıq. "Yaqelloniya" güclü komandadı. İstəmirdik belə olsun. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Cavab oyununda qələbə qazanmağa çalışacağıq.

 

- Rəqibin futbolçuları ucaboylu idi. Buna görə də hava toplarından çox istifadə edirdilər. 18 nömrəli futbolçu da yaxşı top saxlayırdı. Belə komandalarla oyunlarda qələbə qazanmaq üçün necə oynamaq lazımdır?

- Biz ən doğru variantı seçmişdik. Müdafiəmiz dediyiniz futbolçuya qarşı heç də zəif oynamadı. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Tez-tez top itirirdik. Biz top itirəndə də rəqib əks hücuma keçirdi.

 

- "Yaqelloniya"dan belə oyun gözləyirdiz?

- Rəqibdən belə oyun gözləyirdik. Amma özümüzdən ilk hissədə belə zəif oyun gözləmirdik. Qol buraxandan sonra məyus olduq. Toparlana bilmədik. Amma ikinci hissəyə yaxşı başladıq. Top itkilərinə az yol versəydiq, hər şey başqa cür olardı.

 

- Mərhələ adlamaq şansını necə dəyərləndirirsən?

- Şanslar 50/50-yədir. Ruhdan düşmək olmaz. Düşünürəm ki, yaxşı olacaq.

 

- Uzun fasilədən sonra avrokubok matçında oynadın. hansı hisslər yaşadın?

- Əvvəlki hisslər yenə qayıtmışdı. O həyəcanı yaşayırdım. Sevinirəm ki, yenə bu həyəcan qayıtdı. 

 

- Hakimin idarəçiliyi ilə bağlı nə deyə bilərsən?

- Özünüz gördüz. İlk yarıda hər şey yaxşı idi. Amma ikinci hissədə hakim bizi çox sıxdı. Sanki biz qonaq komandayıq, "Yaqelloniya" meydan sahibi. Narazılıq edəndə sarı vərəqə verirdi. Belə vəziyyətlərdə hakimə təzyiq etməliyəm. Bu normaldır. Yersiz foulllar verir, penaltimizi vermir. Epizodun təkrarına baxacağıq. Amma mənə elə gəlirdi ki, orada penalti var idi. Hara gedirik bizi sıxırlar. öz evimizdə oynayanda da yenə bizə qarşı bu cür münasibət olur.

 

- Öz oyunun haqda hansı fikirdəsən? Əvvəlki Cavid Heseynov geri qayıdıb?

- Öz oyunuma yaxşı deməzdim. Oyunum normal alındı. İkinci hissədə biz üstünlük əldə etmişdik. Rəqibin baş məşqçisi bunu hiss etdi və taktiki dəyişiklik etdi. Oyunçu dəyişiklikləri də öz sözünü dedi.