reklam
Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibələri bəlli olub.
“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.
“Astra” - “Zirə” qarşılaşmasında mərhələni adlayan komanda  “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.
“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyunuda isveçlilər qalib gəlib – 2:0. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.