reklam
"Qarabağ"ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatmada təmsilçimiz "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
ÇL-in 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda 5:0 hesablı qələbə qazanan Ağdam klubu 3-cü mərhələnin bir addımlığındadır.
Püşkatmada 2-ci təsnifat mərhələsinin 17 cütü və mübarizəyə 3-cü təsnifat mərhələsindən qoşulacaq 13 klub iştirak edəcək.
“Qarabağ”ın əmsalı yüksək olduğundan “Samtredia” ilə birgə səpələnmişlər sırasında yer alıb. Bu isə cütün qalibinin səpələnməmişlər sırasında olan - nisbətən asan rəqiblə qarşılaşacağı deməkdir.
Beləliklə, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində səpələnməmişlər sırasında olan “Vitorul”, “Slaviya” və 8 cütdən birinin qalibi ilə qarşılaşa bilər.
Artıq “Qarabağ” üçün mümkün variantların sayı 5-ə, rəqiblərinin sayı 9-a enib. Bunlar “Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi, “Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi, “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi, “Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi və “Vitorul” (Rumıniya) klubudu.

Çempionlar Liqası

III təsnifat mərhələsi

 

“Slaviya” (Çexiya) - BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi
“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi -
“Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi -
“Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi -
“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi - “Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi
“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi -
“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
“Vitorul” (Rumıniya) - APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi
“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi - “Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi -
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi - “Olimpiakos” (Yunanıstan)
 

Qeyri-çempionlar

 

Səpələnmişlər

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayaks” (Hollandiya)

“Viktoriya” (Çexiya)

MOİK (Rusiya)

“Brügge” (Belçika)

 

Səpələnməmişlər

“Styaua” (Rumıniya)

“Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa)

“Başakşehər” (Türkiyə)

AEK (Yunanıstan)