reklam
"Şüvəlan" "Sumqayıt"ı məğlub etdi

"Şüvəlan" "Sumqayıt"ı məğlub etdi

TARIX /

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şüvəlan" növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Birinci Divizionda mübarizə aparacaq Şüvəlan təmsilçisi, "Sumqayıt"ın əvəzedici heyətini sınağa çəkib.

Aqil Nəbiyevin çalışdırdığı komanda Elmir Namazov və Bəxtiyar Məsiməliyevin vurduğu qollar sayəsində sumqayıtlıları 2:0 hesabıyla məğlub edib.

Qeyd edək ki, "Şüvəlan" daha öncə "Zirə"nin əvəzediciləri ilə qarşılaşmış və 5:0 hesabıyla qalib gəlmişdi.