reklam
"Samtredia" – "Qarabağ" matçı canlı yayımda

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, 18 iyul saat 21:00-da Boris Payçadze adına stadionda başlanacaq oyun İdman Azərbaycan kanalının canlı yayımında olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.