reklam
"Sevilya"dan növbəti transfer

"Sevilya"dan növbəti transfer

TARIX /

“Sevilya” Fransanın “Lill” komandasının futbolçusu Sebastian Korçianı transfer edib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Sevilya”nın bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, S. Korçia ötən mövsüm “Lill”in heyətində 42 oyuna çıxıb.