reklam
Sneyder "Qalatasaray"dan rəsmən göndərildi

“Qalatasaray” aparıcı oyunçularından biri ilə vidalaşıb.

İdmanxeber.com-un məlumatına görə, söhbət hollandiyalı futbolçu Uesli Sneyderdən gedir. Klubun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı futbolçunun gələn mövsümün sonunda başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əgər yarımmüdafiəçi qarşıdakı 3 il ərzində Türkiyənin başqa klubuna transfer olunsa, "Qalatasaray"a 20 milyon avro təzminat ödəməli olacaq.

İddiaya görə, hollandiyalı oyunçu karyerasını İtaliyada davam etdirəcək.  Belə ki, oyun qurucunsunun xidmətində “Sampdoriya” klubu maraqlıdır. ABŞ klublarının da diqqət mərkəzində olan 33 yaşlı oyunçu özü İtaliyaya dönməyin tərəfdarıdı.

Qeyd edək ki, Sneyder 2013-ci ildən "Qalatasaray"da çıxış edirdi. O, İstanbul nəhənginin heyətində 175 matçda iştirak etmişdi.