reklam
Qurban Qurbanov: "Bizi nə "Şerif", nə də "Kukesi" maraqlandırır"

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.