reklam
"Aleksandriya"nın baş məşqçisi: "Zirə"ni siyahıdan silmək olmaz"

"Zirə" - "Astra" cütünün Avropa Liqasının üçüncü mərhələsindəki mümkün rəqibi "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran açıqlama verib.

Mütəxəssis "Astra"nı favorit hesab etdiyini açıqlayıb: “Portuqaliyanın "Maritimu" komandasına rəqib olmaq istəməzdim. Püşkü normal hesab edirəm. Potensial rəqiblərimiz arasında “Astra” favoritdir. Çünki onlar ilk matçda 3:1 hesabı ilə qalib gəliblər. Ancaq “Zirə”ni də siyahıdan silmək olmaz. Azərbaycan klubu ilk görüşdə məğlub olsa da, onların hələ də növbəti mərhələyə çıxmaq şansı var".

Şaran rəqibdən asılı olmayaraq Avropa Liqasının pley-off mərhələsini hədəflədiklərini söyləyib: "Rəqib kim olursa-olsun, hədəfimiz Avropa Liqasında pley-off mərhələsinə yüksəlməkdir”.

Qeyd edək ki, "Zirə" "Astra" səddi keçəcəyi təqdirdə, növbəti mərhələdə "Aleksandriya" ilə qarşılaşacaq. "Zirə" ilə "Astra" arasında ilk matçda təmsilçimiz səfərdə 1:3 hesabı ilə uduzub.