reklam
Türkiyə millisinin üzvü rəsmən Çexiya klubunda

"Qalatasaray"ın futbolçusu Semih Kaya karyerasını Çexiyada davam etdirəcək. Türkiyə millisinin üzvü Praqa "Sparta"sı ilə anlaşıb.

26 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Çexiya təmsilçisi Semihin transferi üçün "cim bom"a 2 milyon avro ödəyəcək. Futbolçunun özü isə Praqa klubunda illik 1,5 milyon avro qazanacaq.