reklam
Premyer Liqada 2016/17 mövsümünün "Ən"ləri (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı onuncu yazısı.

Azərbaycan Premyer Liqasında 2016/2017-ci il mövsümü ərzində AFFA yanında Media Komitəsinin təşkil etdiyi layihə müsabiqəsi çərçivəsində bir çox statistik yazılar hazırlamışıq. Bu yazıların bəziləri sırf statistika ilə, bəziləri isə təhlillərlə bağlı olub. Budəfəki yazımızda isə futbolçuların mövsümboyu keçirdiyi oyunların statistikasına nəzər salacağıq. Xatırladaq ki, Premyer Liqada son mövsüm 218 futbolçu iştirak edib. Bu səbəbdən hər klubda 10 ən çox oyun keçirən futbolçunun göstəricilərini diqqətinizə çatdıracağıq.

Həmişəki sıralama ənənəsinə sadiq qalaraq, bu dəfə də son mövsümün turnir cədvəlinə əsasən hərəkət edəcəyik. İlk olaraq, PL-in qızıl mükafatçısı “Qarabağ”dan başlayaq.

“Qarabağ”

“Qarabağ” son mövsümdə çətinliklə də olsa “Qəbələ”ni qabaqlayaraq çempionluq tituluna yiyələnə bildi. Sözsüz ki, bu qələbədə baş məşqçi qədər futbolçuların da böyük əməyi var. Mövsümboyu optimal heyəti qorumaq elə də asan məsələ deyil. Lakin “Qarabağ” bütün bunlara baxmayaraq, ən güclü olduğunu sübuta yetirdi.

Komandanın heyətində mövsüm ərzində PL-də ən çox oyun keçirən futbolçu ispaniyalı yarımmüdafiəçi Markus Madera Migeldir. O, mümkün 28 turun 25-də forma geyinmək şansı qazanıb. Bu oyunlar ərzində futbolçu 1943 dəqiqə meydanda olub,  4 qol vurub və 3 dəfə sarı vərəqə ilə cəzalanıb. Komandanın ikinci ən çox oyun keçirən futbolçusu isə CAR-dan olan Dino Ndlovudu.  Ötən il komandaya cəlb olunan hücumçu 23 oyunda iştirak edib. 1761 dəqiqə meydanda olan futbolçu 10 qol vurub və 3 dəfə sarı vərəqə ilə cəzalanıb. Komandada mövsümboyu keçirdiyi oyun sayına görə ilk “3-lük”ü qapayan futbolçu isə Muarem Muaremdir. 23 oyunda meydana çıxan futbolçu 1313 dəqiqə mübarizə aparıb. Aktivində 4 qolu olan yarımmüdafiəçi cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanıb.

Maraqlıdır ki, zədələndiyi vaxta qədər, demək olar ki, hər oyun forma şansı qazanan ispaniyalı yarımmüdafiəçi Dani Kintana siyahının lideri ola bilərdi. Lakin 16-cı turda AZAL-la matçda zədələnən futbolçu mövsümü başa vurdu.

“Qarabağ”ın mövsüm ərzində ən çox vərəqə alan futbolçusu Maksim Medvedev (6 sarı vərəq) , ən çox qol vuranı isə Dino Ndlovudur (10 qol).

Ümumilikdə isə Ağdam klubunun futbolçularının mövsüm boyu statistikası belədir:

 

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Markus Madera Migel 25 1943 4 0 3 0 0

Dino Ndlovu 23 1761 10 1/1 3 0 0

Muarem Muarem 23 1313 4 0 1 0 0

Ansi Aqolli 21 1813 0 0 2 0 0

Coşqun Diniyev 21 1441 1 0 4 0 0

Əfran İsmayılov 21 1003 1 0 0 0 0

Mahir Mədətov 21 852 3 0 0 0 0

Bədavi Hüseynov 20 1800 1 0 2 0 0

Maksim Medvedev 20 1717 3 0 6 0 0

Riçard Almeyda 20 1704 2 2/2 3 0 1

Qara Qarayev-1 20 1299 0 0 3 0 0

Rahid Əmirquliyev 20 999 3 0 0 0 0

İbrahim Sehiç 19 1710 -9 0 1 0 0

İlqar Qurbanov 16 1323 1 0 1 0 0

Dani Kintana 15 1184 3 0 3 0 0

Rəşad Sadıqov 14 1190 0 0 1 0 0

Elvin Yunuszadə 13 1105 1 0 2 0 0

Ağabala Ramazanov 12 647 0 0 4 0 0

Arif Daşdəmirov 11 990 0 0 0 0 0

Reynaldo Silva 10 657 4 0 1 0 0

Namiq Ələsgərov 8 228 0 0 0 0 0

Şahruddin Məhəmmədəliyev 7 630 -3 0 0 0 0

Boyan Şaranov 2 180 -2 0 0 0 0

Vüqar Nadirov 2 80 0 0 0 0 0

Elşən Abdullayev 2 60 1 0 0 0 0

Əl-Hərbi Əl-Jadeyui 1 90 1 0 0 0 0

“Qəbələ”

Çempionluq yolundakı gərgin mübarizədə “Qarabağ”a uduzan “Qəbələ” mövsümü gümüş medallarla başa vurdu. Kifayət qədər güclü heyətə sahib olan əyalət təmsilçisi mövsüm boyu bir neçə dəfə turnir cədvəlinin lideri olsa da, üstünlüyünü sonadək qoruya bilmədi. Buna baxmayaraq, komanda tarixində ilk dəfə Azərbaycan Premyer Liqasını gümüş medallarla başa vurdu.

Yuxarıda qeyd etdiyimiz kimi, komandanın heyətində kifayət qədər güclü futbolçular yer alıb. Həmin futbolçuların da böyük qismini legionerlər təşkil edir. Mövsüm boyu əla oyun sərgiləyən qolkiper Dmitri Bezotosnı komandanın heyətində ən çox oyun keçirən 1-ci futbolçudur. O, son mövsümdə 27 matçda meydana çıxıb. Bu görüşlər ərzində qolkiper 2430 dəqiqə mübarizə aparıb və qapısından cəmi 13 top buraxıb. Maraqlıdı ki, futbolçu mövsüm ərzində hakimlərdən rəsmi xəbardarlıq almayıb. Sıralamada ikinci yeri isə komandanın qol silahı Filip Ozobiç tutur. 27 matçda 2275 dəqiə meydanda olan futbolçu 11 qol vuraraq, komandanın bombardiri olub. O, həm də PL-də “İnter”in hücumçusu Rauf Əliyevlə birlikdə mövsüm ərzində ən çox qol vuran futbolçudur. Üçüncü pillədə isə komandanın müdafiəçisi Vojislav Stankoviçdi. 23 oyunda meydana çıxan müdafiəçi 2040 dəqiqə mübarizə aparıb. Futbolçunun aktivində 7 sarı vərəqəsi var.

“Qəbələ”nin ən çox vərəqə ilə cəzalanan futbolçusu Vojislav Stankoviç, ən çox qol vuran futbolçusu isə Filip Ozobiçdir.

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Dmitri Bezotosnı 27 2430 -19 3/3 0 0 0

Filip Ozobiç 27 2275 11 2/2 3 0 0

Vojislav Stankoviç 23 2040 0 0 7 0 0

Rəşad Sadiqov 21 1423 0 0 4 0 0

Məhəmməd Mirzəbəyov 21 1401 0 0 0 0 0

Sergey Zenyov 21 1363 6 0 1 0 0

Ruslan Qurbanov 21 1329 4 1/1 4 0 0

Ürfan Abbasov 20 1634 0 0 7 0 0

Asif Məmmədov 20 1463 2 0 3 0 0

Tellur Mütəllimov 17 1370 4 0 3 0 0

Cavid Hüseynov 16 1007 0 0 1 0 0

Teo Uiks 16 976 2 0 3 0 0

Baqali Dabo 16 882 7 0 0 0 0

Vitali Vernidub 14 1123 2 0 1 0 0

Nika Kvekveskiri 14 1092 0 0/1 3 0 1

Elvin Camalov 13 882 0 0 3 0 0

Daniel Subotiç 11 701 3 0 4 0 0

Rikardinyo 10 842 1 0 2 0 0

Rafael Santos 9 690 0 0 4 0 0

Araz Abdullayev 9 585 0 0 1 0 0

Rəşad Eyyubov 8 537 2 0 0 0 0

Rasim Ramaldanov 6 452 0 0 1 1 0

Roman Hüseynov 6 270 1 0 0 0 0

Murad Musayev 4 270 0 0 0 0 0

Petar Franyiç 4 205 0 0 1 0 0

Qismət Alıyev 3 137 0 0 1 0 0

David Pietrzkieviç 1 90 -2 0 0 0 0

Ülvi İbazadə 1 90 0 0 0 0 0

Fərid Nəbiyev 1 45 0 0 0 0 0

Sadiq Quliyev 1 28 0 0 0 1 0

Ramil Hasanov 1 19 0 0 0 0 0

 

“İnter”

Transfer qadağası olduğu üçün uzun müddətdi heyətinə yeni oyunçular cəlb edə bilməyən “İnter” klubu son mövsümü eyni heyətlə başa vurdu. Komandanın heyətə yeni futbolçular əlavə edə bilməməsi mövsüm boyu eyni oyunçuların daha çox forma şansı qazanmasına gətirib çıxardı. Bu da daha çox təcrübə yığmaq, daha çox əziyyət çəkmək deməkdi.

Mövsüm sonunda maliyyə problemləri və rəhbərlik dəyişikliyindən sonra bir neçə futbolçu komandadan ayrıldı. Lakin klubun AFFA tərəfindən təyin olunan yeni rəhbəri Zaur Axundov futbolçularla danışıqlar apararaq, komandada saxlaya bildi. Hazırda Avropa Liqasında mübarizə aparan klub 2-ci təsnifat mərhələsində Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq. İlk oyunda Bakıda 1:0 hesablı qələbə qazanan komandamız mübarizəni davam etdirmək üçün səfərdə üstünlüyünü qoruyacaq.

Ötən mövsüm komandanın heyətində ən çox oyun keçirən və meydanda ən çox olan futbolçu gürcüstanlı müdafiəçi Zurab Xizanaşvilidi. Maraqlıdır ki, mövsüm başa çatdıqdan sonra karyerasını bitirən 36 yaşlı futbolçu digər komanda yoldaşlarını böyük fərqlə üstələyib. Belə ki, 26 oyunda forma şansı qazanan müdafiəçi meydanda 2322 dəqiqə mübarizə aparıb. 7 dəfə sarı vərəqə ilə cəzalanan futbolçu 3 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. Siyahının ikinci pilləsində isə komandanın qol silahı Rauf Əliyev qərarlaşıb. 26 oyunda iştirak edən hücumçu 2036 dəqiqə mübarizədə olub. Aktivində 11 qolu olan futbolçunu 4 dəfə hakim qəzəbinə tuş gələrək sarı vərəqə ilə cəzalandırılıb. İlk “3-lük”ü isə digər müdafiəçi Denis Silva qapayır. 25 oyuna çıxan futbolçu 1966 dəqiqə meydanda olub və 2 qol vurub. Futbolçunun aktivində 3 sari vərəqəsi var.

Ümumilikdə isə “İnter”də mövsüm boyu ən çox sarı vərəqə ilə cəzalanan futbolçu Fuad Bayramovdur (10). Maraqlıdır ki, komandada mövsüm boyu cəmi bir dəfə qırmızı vərəqə ilə cəzalanan futbolçu olub. Həmin futbolçu müdafiəçi Adrian Skarlatakedi.

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Zurab Xizanişvili 26 2322 3 0 7 0 0

Rauf Əliyev 26 2036 11 0 4 0 0

Denis Silva 25 1966 2 0 3 0 0

Fuad Bayramov-1 24 2156 1 0 10 0 0

İlkin Qırtımov 24 2127 2 0 8 0 0

Nizami Hacıyev 24 1886 7 1/1 5 0 0

Tərlan Quliyev 23 2002 0 0 7 0 0

Elnur Abdullayev 23 1793 1 0 6 0 0

Pərdis Fərcad-Azad 23 1038 0 0 6 0 0

Səlahət Ağayev 22 1980 -25 4/5 4 0 0

Adrian Skarlatake 19 1373 1 0 2 1 0

Samir Zərgərov 19 510 0 0 2 0 0

Slavik Alxasov 18 1486 1 0 4 0 0

Abbas Hüseynov 15 813 1 0 0 0 0

Ağabala Ramazanov 13 1113 4 0 4 0 0

Ruslan Abışov 13 996 5 1/1 3 0 0

Mirsahib Abbasov 13 739 0 0 0 0 0

Sərtan Taşkın 11 252 0 0 0 0 0

Məmməd Quliyev 7 195 0 0 1 0 0

Orxan Sadıqlı 6 540 -8 0 1 0 0

Mirhüseyn Seyidov 6 251 0 0 1 0 0

Cabir Əmirli 2 92 0 0 0 0 0

Murad Qayalı 1 17 0 0 0 0 0

Qara Qarayev 1 13 0 0 0 0 0

“Zirə”

Mövsümü 4-cü pillədə tamamlayan “Zirə” klubu avrokuboklara vəsiqə qazanaraq Avropada debüt etdi. Mövsümboyu inamlı çıxış edən komanda ötənilki uğurunu (gümüş medal – red.) təkrarlaya bilməsə də, əsas hədəfinə - Avropa Liqasına vəsiqə qazandı. Hazırda Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan komanda ilk oyunda Rumıniyanın “Astra” klubuna 3:1hesabı ilə məğlub olub. Cavab oyununu Bakıda keçirəcək “Zirə” klubu növbəti mərhələyə adlamağa çalışacaqlar.

Komandanın heyətində mövsüm ərzində ən çox oyun keçirən futbolçu Təmkin Xəlilzadədir.  24 yaşlı sol cinah müdafiəçisi 26 oyunda meydana çıxaraq 2246 dəqiqə mübarizə aparıb. O, bu müddət ərzində 2 qol vurub və 6 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ikinci pillədə isə komandanın serbiyalı yarımmüdafiəçisi Milan Duriç qərarlaşıb. O, son mövsüm keçirdiyi 25 oyunda 1997 dəqiqə meydanda olub və 3 qol vurub. 3-cü yerdə isə 23 yaşlı yarımmüdafiəçi Vuqar Mustafayevdi. O, 23 oyunda 1863 dəqiqə mübarizə aparıb.

Komandada son mövsüm ən çox vərəqə alan futbolçu Vuqar Mustafayevdir (12 sarı vərəqə). Komandanın bombardiri isə 4 qolla Sezar Meza Kollidir.

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Təmkin Xəlilzadə 26 2246 1 1/1 6 0 0

Milan Duriç 25 1997 3 1/1 5 0 0

Vüqar Mustafayev 24 1863 1 0 12 0 0

Elvin Məmmədov 24 1707 3 2/2 5 0 0

Yovan Krneta 23 2070 2 1/1 5 0 0

Anar Nəzirov 22 1964 -22 0 4 0 1

Adil Nağıyev 22 1859 1 0 8 0 0

Viktor İqbekoyi 22 1511 2 0 4 0 0

Nurlan Novruzov 22 1324 1 0 2 0 0

Migel Lorenso 20 1713 0 0 2 0 0

Sezar Meza Kolli 19 1393 4 1/1 6 0 1

Vüsal İsgəndərli 15 251 0 0 0 0 0

Gerhard Proqni 14 1039 2 0 1 0 0

Cavid Tağıyev 12 556 1 0 2 0 0

Sadiq Quliyev 11 988 0 0 0 0 0

Riçard Qadze 11 888 3 0 2 0 0

Akim Latifu 10 834 0 0 1 1 0

Aleksandr Şemonayev 10 611 0 0 0 0 0

Tural Cəlilov 9 565 0 0 0 0 0

Amadu Sanqar 9 445 0 0 0 0 0

Murad Səttarlı 9 259 0 0 0 0 0

Kamal Bayramov 6 465 -4 1/1 1 0 0

Georgi Qorozia 4 46 0 0 0 0 0

Yasin Həmid 3 9 0 0 0 0 0

Elgün Nəbiyev 2 18 0 0 1 0 0

İlkin Muradov 1 7 0 0 0 0 0

 

“Kəpəz”

Maliyyə problemləri hər zaman olan Gəncənin “Kəpəz” klubu mövsümü çətinliklə də olsa, 5-ci pillədə tamamladı. Komandada son mövsüm cəmi 23 futbolçu çıxış edib ki, bu da hətta “İnter”dən də azdı (24).

Komandanın son mövsümdə ən çox oyun keçirən futbolçusu Julien Ebahdı. Premyer Liqada hər tur forma geyən futbolçu meydanda 2299 dəqiqə mübarizə aparıb. 27 yaşlı kamerunlu hücumçu meydana çıxdığı 28 görüşdə 6 dəfə rəqib qapılarına yol tapıb.  O, 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Siyahının ikinci pilləsində Şəhriyar Rəhimov qərarlaşıb. 28 yaşlı yarımmüdafiəçi 27 görüşdə meydana çıxıb və 2430 dəqiqə mübarizə aparıb. Onun aktivində 2 qol və 4 sarı vərəqə var. 3-cü yerdə isə gənc yarımmüdafiəçi Orxan Əliyev gəlir. 27 görüşdə 2344 dəqiqə mübarizə aparan futbolçunun aktivində 1 qolu var.

Ümumilikdə komandanın ən çox qol vuran futbolçusu Julien Ebahdı. Aktivində ən çox vərəqə olan futbolçu isə Renan Silvadı. O, cari mövsüm 6 sarı və 2 qırmızı vərəqə ilə cəzalanıb.

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Jülien Ebah 28 2299 6 0 3 0 0

Şəhriyar Rəhimov 27 2430 2 0 4 0 0

Orxan Əliyev 27 2344 1 0 0 0 0

Serjio Kosta 27 2123 2 0 7 0 0

Kərim Diniyev 26 2201 3 0 3 1 0

Tural Axundov 25 2044 5 4/4 4 1 0

Renan Silva 24 2152 0 0 6 2 0

Dario Federiko 22 1850 4 0 3 0 0

Nicat Qurbanov 22 1054 0 0 3 0 1

Azad Kərimov 21 1171 0 0 2 0 0

Novruz Məmmədov 20 1469 0 0 1 0 0

Vüqar Bəybalayev 19 924 0 0 4 0 0

Ceyhun Cavadov 18 715 0 0 4 0 0

Tadas Simaitis 17 1530 -21 3/3 0 0 0

Şəhriyar Əliyev 17 1468 1 0 3 0 0

Tural Rzayev 16 124 0 0 0 0 0

Tural Qürbətov 14 410 0 0 1 0 0

Davud Kərimi 11 990 -6 0 2 0 0

Tural Nərimanov 4 275 0 0 0 0 0

Əli Nuri 2 27 0 0 0 0 0

Elcan Rəhimov 1 10 0 0 0 0 0

Əli Səmədov 1 1 0 0 0 0 0

Emin Zamanov 1 1 0 0 0 0 0

 

“Sumqayıt”

Ötən mövsüm baxımlı oyunu ilə seçilən “Sumqayıt” klubunun hətta avrokuboklara da vəsiqə qazanmaq şansı var idi. Lakin itirilən xallar komandanın Avropada debüt etməsinə imkan vermədi. Əsasən gənclərdən təşkil edilən heyət, demək olar ki, bütün rəqiblərinə başağrısı olurdu. Təsadüfi deyil ki, son mövsümkü oyunundan sonra komandanın yeni mövsüm üçün hədəfi avrokuboklara vəsiqə qazanmaqdı.

Son mövsümdə komandanın heyətində ən çox forma şansı qazanan futbolçular sırasına nəzər yetirdikdə göstəricilərin olduqca yüksək olduğunu demək olar. Komandanın 5 futbolçusu mövsümboyu 2000 dəqiqədən artıq meydanda olub. Bu da futbolçuların daha çox təcrübə toplamasına, püxtələşməsinə yardım edən əsas amillərdən biridi.

Komandanın heyətində ən çox oyun keçirən futbolçu Fərhad Vəliyevdi. 28 turun hamısında forma geyəən qapıçı 2520 dəqiqə çərçivəni qoruyub. O, mövsüm ərzində qapısından 35 top buraxıb. İkinci ən çox oyun keçirən futbolçu isə Azər Salahlıdı. 23 yaşlı müdafiəçidə 28 oyunda forma geyinib və 2283 dəqiqə mübarizə aparıb.  Futbolçunun aktivində 1 qol və 2 sarı vərəqə var. İlk “3-lük”ü Vurğun Hüseynov qapayır. 29 müdafiəçi 27 oyunda meydana çıxıb və 2430 dəqiqə mübarizə aparıb. Onun aktivində 5 sarı vərəqəsi var.

Komandanın bombardiri 6 qolla Amil Yunanovdu. Ən çox cəzalanan futbolçu isə Rail Məlikovdur (6 sarı vərəqə).

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Fərhad Vəliyev 28 2520 -35 2/2 0 0 0

Azər Salahlı 28 2283 1 0 2 0 0

Vurğun Hüseynov 27 2430 0 0 5 0 0

Mirabdulla Abbasov 27 1808 8 1/1 2 0 0

Rail Məlikov 24 2151 0 0 6 0 0

Bəxtiyar Həsənalızadə 24 2101 1 0 3 0 0

Amil Yunanov 23 1395 6 2/2 3 0 0

Məhəmməd Qurbanov 22 1614 2 0 3 0 0

Nicat Muxtarov 21 1376 1 0 4 0 0

Xəyal Nəcəfov 19 1339 0 0 3 0 0

Yusif Nəbiyev 18 1331 3 0 3 0 0

Ayaz Mehdiyev 16 1043 0 0 3 0 0

Seymur Əsədov 14 587 1 0 0 0 0

Amit Quluzadə 13 1074 1 0 4 0 0

Vaqif Cavadov 13 919 3 0 1 0 0

Ehtiram Şahverdiyev 12 675 0 0 1 0 0

Kamran Abdullazadə 10 691 0 0 1 0 0

Afşin Esmaeilzadeh 10 498 0 0 1 0 0

Sergey Çernışev 9 537 1 0 1 0 0

Fərhad Qistarov 8 599 0 0 4 0 0

Nasir Abilayev 6 234 0 0 0 0 0

İbrahim Abednezhad 5 249 0 0 0 0 0

Bəhlul Mustafazadə 4 155 0 0 1 0 0

Süleyman Əhmədov 3 73 0 0 0 0 0

Tural Bayramlı 2 30 0 0 0 0 0

Vaquf Güləliyev 1 8 0 0 0 0 0

 

“Neftçi”

“Neftçi” üçün son mövsümü uğurlu hesab etmək düzgün olmazdı. Uğursuz və biabırçı nəticələr qazanan komanda mövsüm ərzində 34 futbolçunun köməyindən yararlanıb. Lakin heyətə nə qədər legioner və yerli futbolçu cəlb etməsinə baxmayaraq, komanda uğursuzluq zolağını tərk edə bilmədi – 7-ci pillə.

Komandanın heyətində son mövsüm ən çox meydanda olan futbolçu Rəhman Hacıyevdi. 24 yaşlı yarımmüdafiəçi 26 oyunda meydana çıxıb və 1919 dəqiqə mübarizə aparıb.  Futbolçunun aktivində 3 qol və 2 sarı vərəqə var. Sıralamanın ikinci pilləsində isə Məqsəd İsayev qərarlaşıb. 21 oyunda meydana çıxan futbolçu 1759 dəqiqə mübarizədə olub.  Onun aktivində 3 sarı vərəqəsi var. 3-cü yerdə isə komandanın legioner futbolçusu Edson Kastilyodur. 20 oyunda 1363 dəqiqə meydanda olan futbolçu 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Komandanın ən çox qol vuran oyunçusu Daniel Seqoviyadır – 4 qol. Aktivində ən çox vərəqə olan futbolçu isə Jairo Rodrigesdi. O, mövsüm ərzində 3 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

 

Rəhman Hacıyev 26 1919 3 0 2 0 0

Məqsəd İsayev 21 1759 0 0 3 0 0

Edson Kastilyo 20 1363 0 0 3 0 0

Cavid İmamverdiyev 19 1281 2 0 3 0 0

Fəhmin Muradbəyli 18 1043 0 0 1 0 0

Tarzin Cahangirov 17 1146 0 0 1 0 0

Elvin Bədəlov 15 1143 1 0 1 0 0

Boban Baykoviç 13 1170 -19 3/4 3 0 0

Georgi Navalovski 13 1125 0 0 3 0 0

Zdenek Folprext 13 1066 1 0 3 0 0

Filyo Jairo Rodriges 13 1045 0 0 3 1 0

Daniel Seqoviya 12 876 4 1/1 0 0 0

İqnasio Herrera 12 843 3 0 1 0 0

Uqo Barqas 12 329 2 0 1 0 0

Namiq Ələsgərov 11 912 2 0 2 0 0

Araz Abdullayev 11 847 3 2/2 2 0 0

Pavel Dreksa 10 850 0 0 0 0 0

Kiril Petrov 10 900 0 0 2 0 0

Dario Melnyak 10 874 0 0 0 0 0

Kamal Qurbanov 10 545 0 0 3 0 0

Denilson Pereyra 9 587 1 0 1 0 0

Ruslan Abışov 8 630 0 0 2 0 0

Krşevan Santini 8 675 -15 1/1 0 0 0

Rahil Məmmədov 8 632 0 0 0 1 0

Murad Ağayev 8 538 0 0 1 0 0

Katalin Tira 8 424 1 0 1 0 1

Maksim Vaylo 7 585 -8 0 0 0 0

Conas Pesalli 7 343 1 0 0 0 0

Mahir Şükürov 7 299 0 0 1 0 0

Vançe Şikov 5 446 0 0 0 0 0

Eltun Yaqublu 4 272 0 0 0 0 0

Ruslan Qurbanov 3 155 0 0 0 0 0

İbrahim Əliyev 2 9 0 0 0 0 0

Orxan Qurbanlı 1 1 0 0 0 0 0

AZAL

Mövsümü sonuncu pillədə başa vuran AZAL klubu ilk öncə fəaliyyətini dayandırdığını açıqladı. Daha sonra isə komanda adını dəyişərək “Şüvəlan” etdi və yeni mövsümdən I divizionda mübarizə aparacaq.

Komanda son mövsümdə 35 futbolçunun köməyindən yararlanıb. Bu futbolçulardan meydanda ən çox olanı Ruslan Əmircanovdu. 32 yaşlı müdafiəçi 26 oyunda meydana çıxıb və 2076 dəqiqə mübarizə aparıb. Onun aktivində 2 qol və 3 sarı vərəqəsi var. İkinci yerdə isə rusiyalı yarımmüdafiəçi Nuqzar Kvirtiya qərarlaşıb. 33 yaşlı futbolçu 26 oyunda forma şansı qazanıb və 1638 dəqiqə mübarizə aparıb. 3-cü yerdə isə komandanın qolkiperi Aqil Məmmədovdu. 25 oyunda meydana çıxan futbolçu 2250 dəqiqə mübarizə aparıb. Aqillə birlikdə Emin Cəfərquliyev də 25 oyunda 2250 dəqiqə mübarizədə olub.

Komandada son mövsüm ən çox qol vuran futbolçu David Janelidze və Nuqzar Kvirtiyadı. Hər iki futbolçunun aktivində 3 qol var. Ən çox vərəqə alan futbolçu isə Tural Hümbətovdu (6 sarı vərəqə).

FUTBOLÇU - OYUN DƏQİQƏ QOL QOL/PEN - SARI QIR (2 SARI) - QIR (BİRBAŞA)

Ruslan Əmircanov 26 2076 2 0 3 0 0

Nuqzar Kvirtiya 26 1638 3 0/1 3 0 0

Aqil Məmmədov 25 2250 -41 5/5 3 0 0

Emin Cəfərquliyev 25 2250 0 0 4 0 0

Röyal Nəcəfov 23 1305 0 0 0 0 0

Kamil Hüseynov 22 1980 0 0 2 0 0

Kamal Mirzəyev 21 1663 0 0 4 0 0

Tural Hümbətov 17 1443 0 0 6 0 0

Rəşad Abdullayev 17 1011 2 0 0 0 0

İlqar Ələkbərov 16 1395 1 0 3 0 0

Elnur Süleymanov 16 823 0 0 3 0 0

Sadio Tounkara 13 1062 0 0 3 1 0

Arkadi Qalperin 13 936 0 0 0 0 0

Adan Koronado 12 830 0 0 4 1 0

David Janelidze 12 630 3 0 2 0 0

Elşad Manafov 10 844 0 0 2 0 0

Ruslan Nəsirli 10 575 0 0 1 0 1

Vaqif Cavadov 9 565 1 0 0 0 0

Qvanzav Maqomedov 8 685 0 0 3 0 0

Samir Məsimov 8 408 0 0 0 0 0

Eltun Hüseynov 8 398 0 0 2 0 0

Frank Madu 8 300 1 0 0 0 0

Mirzağa Hüseynpur 8 143 0 0 1 0 0

Omeqa Roberts 5 423 0 0 0 1 0

Mehdi Taouil 5 401 0 0 1 0 0

Bəxtiyar Soltanov 5 381 0 0 0 0 0

Qeyrət Əliyev 4 229 0 0 1 0 0

Brayn Fok 3 177 0 0 0 1 0

Rəşad Əzizli 2 180 -6 1/1 0 0 0

Tagim Novruzov 2 133 0 0 1 0 0

Şirməmməd Məmmədov 2 100 0 0 1 0 0

Tərlan Qasımzadə 1 90 -3 1/1 0 0 0

Fuad Bayramov-2 1 90 0 0 0 0 0

Seyidrəzi Ağayev 1 90 0 0 0 0 0

Renat Aşurov 1 62 0 0 0 0 0

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.